11 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sahibkarların banklardakı depozitləri çoxalıb

Sahibkarların banklardakı depozitləri çoxalıb

2019-cu ilin yanvar ayında hüquqi şəxslərin banklara etibar etdiyi depozitlərin məbləği ötən ilin sonu ilə müqayisədə 255,2 milyon manat artaraq 10 milyard 566,7 milyon manata çatıb. 2018-ci ilin dekabrında bu göstərici 10 milyard 311,5 milyon manat olmuşdu.

Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına əsasən, bu müddətdə fiziki şəxslərin depozitlərində azalma olub. 2018-ci ilin sonunda həmin vəsaitlər 8 milyard 269,7 milyon manat olduğu halda, bu ilin yanvarın sonunda 7 milyard 980,7 milyon manata enib. Azalma depozitlərin ümumi həcmində də müşahidə edilib. 2018-ci ilin sonuna banklarda olan cəmi depozitlər 18 milyard 581,2 milyon manat, bu ilin yanvar ayının sonuna isə 18 milyard 547,4 milyon manat təşkil edib.

Öhdəliklər 31.01.2019
1. Depozitlər (maliyyə institutları istisna olmaqla) 18.547,4
1.1 Fiziki şəxslərin depoziti 7.980,7
1.1.1 müddətli 5.500,1
1.1.2 tələbli 2.480,6
1.2 Hüquqi şəxslərin depoziti** 10.566,7
1.2.1 müddətli 1.756,9
1.2.2 tələbli***, o cümlədən 8.809,8
- sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri 95,2
2. Mərkəzi Bankın banklara qarşı tələbləri 369,5
3. Loro hesablar 280,5
4. Maliyyə institutlarının depozitləri 1.160,2
5. Bankların kreditləri 87,1
6. Digər maliyyə institutlarının kreditləri 2.008,4

Öhdəliklər 31.12.2018
1. Depozitlər (maliyyə institutları istisna olmaqla) 18.581,2
1.1 Fiziki şəxslərin depoziti 8.269,7
1.1.1 müddətli 5.479,0
1.1.2 tələbli 2.790,7
1.2 Hüquqi şəxslərin depoziti** 10.311,5
1.2.1 müddətli 1.449,7
1.2.2 tələbli***, o cümlədən 8.861,8
- sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri 105,7
2. Mərkəzi Bankın banklara qarşı tələbləri 384,7
3. Loro hesablar 191,1
4. Maliyyə institutlarının depozitləri 1.126,2
5. Bankların kreditləri 87,5

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?