10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“AzerGold” QSC-nin yeni törəmə cəmiyyəti təsis edilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ikinci törəmə şirkəti olan “AzerBlast” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təsis olunub.

QSC-dən bildirilib ki, sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşan şirkətin yaradılmasında məqsəd xüsusilə dağ-mədən və tikinti sənayesində istifadə edilən mülki partlayıcı maddələrə olan daxili tələbatın ödənilməsi və idxaldan asılılığın aradan qaldırılmasıdır.

Dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında təsis edilən şirkət martın 9-da dövlət qeydiyyatına alınıb. Törəmə cəmiyyətin ümumi səhmlərinin 51 faizi “AzerGold” QSC-yə, 49 faizi isə “DM Servis” MMC-yə məxsusdur. 2013-cü ildə təsis edilmiş “DM Servis” MMC mülki partlayıcı maddələr və innovativ partlayış sistemlərinin istehsalı sahəsində dünya liderlərindən olan “Orica-Nitro” şirkətinin Azərbaycan üzrə rəsmi tərəfdaşıdır.

Qeyd edək ki, sözügedən mülki partlayıcılar sənayedə müxtəlif partlatma əməliyyatlarında, tunellərin, magistral yolların, su bəndlərinin tikintisində, eləcə də mədənlərin istismarında geniş istifadə olunur. “AzerBlast” MMC tərəfindən istehsal ediləcək məhsulların dağ-mədən və tikinti sənayesinin artım templəri fonunda əsas bazar Azərbaycan olmaqla beynəlxalq bazarlara çıxarılması nəzərdə tutulur. Bu məqsədlə yaxın gələcəkdə Gəncə şəhərində qabaqcıl innovativ texnologiyaların tətbiqi ilə sənaye partlayıcılarının istehsalını həyata keçirəcək zavodun inşası planlaşdırılır. Zavodda istehsalat ekoloji norma və qaydalara uyğun təşkil ediləcək.

Sözügedən müəssisənin fəaliyyəti regionların 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində daimi iş yerlərinin açılmasına, dağ-mədən sənayesinin yan sahələrinin və qeyri-neft sektorunun inkişafı, o cümlədən ixracın şaxələndirilməsinə xidmət edəcək.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?