25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Səhm və istiqrazların birjada ticarətə buraxılması qaydaları dəyişib

Bakı Fond Birjasında qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanması, delistinqi və ticarətin təşkili ilə bağlı qaydalar təsdiq olunub və martın 13-dən qüvvəyə minəcək. Qaydalarda istifadə edilən listinq, delistinq, birjanın təşkil etdiyi bazar, bazar seqmenti, şərti listinq və s. bu kimi əsas anlayışların mənaları verilib. Sənəddə qiymətli kağızların listinqinə dair ümumi tələblər, qiymətli kağızların bir bazar seqmentindən digərinə keçirilməsi, qiymətli kağızların ticarətə buraxılması və ticarətdən çıxarılması, eləcə də qaydaların tələbləri emitent tərəfindən pozulduğu halda, Listinq Komitəsi tərəfindən tətbiq edilən tədbirlər haqqında məlumat verilib. Qaydalarda mövcud listinq prosesləri optimallaşdırılıb və bazar seqmentləri üzrə tələblər yerli bazarın xüsusiyyətlərinə uyğunlaşdırılıb. Buraya xarici emitent və ölkəmizin üzv olduğu beynəlxalq qurumların Azərbaycanın kapital bazarlarında qiymətli kağız buraxılışını tənzimləyəcək dəyişikliklər əlavə edilib.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?