13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının birgə iclası keçirilib

Aprelin 26-da Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının geniştərkibli birgə iclası keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, kənd təsərrüfatı, tekstil, bank, qida, loqistika və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın şirkətin nümayəndələri iştirak edib.

İclasda çıxış edən Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Elnur Əliyev ölkələrimiz arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin mühüm əhəmiyyətini vurğulayıb. Bildirilib ki, hazırda Azərbaycanda 1000-dən çox Rusiya şirkəti fəaliyyət göstərir. Qeyd olunub ki, Azərbaycan-Rusiya əlaqələrinin əsas istiqamətlərindən biri qarşılıqlı ticarətdir və bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün kompleks tədbirlər görülür. Rusiya Federasiyasında Azərbaycanın ticarət nümayəndəliyinin, Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması, qarşılıqlı ticarət missiyalarının həyata keçirilməsi və hər iki ölkə şirkətlərinin iştirakı ilə Azərbaycanda və Rusiyada keçirilən beynəlxalq sərgilər, birgə layihələrin icrası belə tədbirlərdəndir. Azərbaycanın Rusiya ilə ticarət və investisiya sahələrində əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdıran Elnur Əliyev biznes təşəbbüslərinin stimullaşdırılmasında, işgüzar dairələr arasında əməkdaşlığın inkişafında və yeni tərəfdaşlığın qurulmasında Azərbaycan–Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının rolunu qeyd edib.

Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç ölkəsinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini, Rusiya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrin inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, kənd təsərrüfatı, nəqliyyat, sənaye və s. sahələrdə əməkdaşlıq imkanları genişdir və bu baxımdan işgüzar şuraların fəaliyyəti önəmlidir. Dmitri Volvaç ikitərəfli iqtisadi əlaqələrin inkişafında iş adamlarının rolunu qeyd edərək, onları fəal əməkdaşlığa dəvət edib.

Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov Rusiyanın Azərbaycanın əsas starteji və iqtisadi-ticarət tərəfdaşlarından olduğunu vurğulayıb, təmsil etdiyi İşgüzar Şuranın iş adamları arasında əlaqələrin, işgüzar dairələr və dövlət qurumları arasında dialoqun genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının araşdırılması istiqamətində fəaliyyəti barədə məlumat verib.

Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik iki ölkə arasında ticarət, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın həyata keçirildiyini, Azərbaycan iş adamlarının Rusiyada bir sıra uğurlu layihələr reallaşdırdığını bildirib, iqtisadi əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə hər iki ölkənin müvafiq dövlət qurumlarının nümayəndələri və iş adamları Azərbaycan və Rusiyanın biznes və investisiya mühiti barədə çıxış edib, iqtisadi tərəfdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?