16 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Hökumət buludu”na keçidlə bağlı daha 5 dövlət qurumu ilə müzakirələr aparılıb

Azərbaycanda daha 5 dövlət qurumunun “Hökumət buludu”na (“G-cloud”) keçidi ilə bağlı müzakirələr aparılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “AzInTelecom” MMC-dən bildirilib ki, MMC-nin “Azcloud Hökumət Həlləri” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” üzrə dəyirmi masalar davam edir. Bu dəfə “Hökumət buludu”na keçid zamanı normativ, maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Auditorlar Palatası və Azərbaycan Standartlaşdırma İnstitutunun nümayəndələri ilə görüşlər təşkil olunub.

Görüşdə “Hökumət buludu Konsepsiyası”na aid aktlaşdırma, audit, ehtiyat mərkəzində keçidlərin yoxlanması, resurslar və digər məsələlər barədə iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, cari ildə “Hökumət buludu”na keçidi nəzərdə tutulan 36 dövlət qurumu ilə görüşlər təşkil olunacaq.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?