18 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qadın sahibkarlar üçün yeni tәhsil proqramına başlanılır

“Visa” şirkəti “She's next qlobal təşəbbüsü” çərçivəsində Azәrbaycanda qadın sahibkarlar üçün ödәnişsiz onlayn tәhsil proqramına başlayır.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, “WoWoman” və “Nargis” jurnalının tərəfdaşlığı ilə həyata keçiriləcək proqram çərçivəsində tanınmış sahibkarlar və biznes təlimçiləri tərəfindən təşkil olunacaq 8 vebinarda nəzəri və praktiki biliklәr öyrədiləcək. Proqramda iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək və “Facebook” qrupuna daxil olmaq lazımdır.
Qeydiyyat üçün: https://bit.ly/shesnextregister
Facebook qrupuna keçid üçün: http://bit.ly/shesnextazgroup
Proqramın formatı:
- 24 aprel – 12 iyun tarixləri arasında 8 vebinar;
- hər bir vebinarın müddəti: 2 saata qədər;
- vebinarlar “Zoom” platforması vasitəsilə keçirilir;
- vebinarlara qoşulmaq üçün keçidlər qeydiyyat zamanı göstəriləcək elektron poçt ünvanına göndəriləcək.
Proqramın iştirakçılara qazandıracaqları:
-nəzəri biliklər və ekspertlərin real təcrübəsini əks etdirən praktiki misallardan ibarət 8 pulsuz təlim;
-hər bir vebinar daxilində “sual-cavab” sessiyası zamanı ekspertlərə öz biznes ideyanız haqqında suallar vermək imkanı;
-vebinarların video yazılarına təkrar baxmaq imkanı;
-təşəbbüskar sahibkar xanımlarla tanışlıq;
-proqramın uğurla başa çatdırılması barədə sertifikatın əldə olunması.
Əlavə məlumat üçün: https://www.visa.com.az/ru_AZ/run-your-business/shes-next .html

VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi?