2 Aprel 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmək münasibətləri və məşğulluq altsistemi yaxın vaxtlarda test rejimində fəaliyyətə başlayacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən rəqəmsal məşğulluğa keçid istiqamətində mühüm layihələrdən olan əmək münasibətləri və məşğulluq altsistemi (ƏMAS) yaxın vaxtlarda test rejimində fəaliyyətə başlayacaq.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bu barədə agentlikdə bir sıra şirkətlərin insan resursları üzrə məsul şəxsləri ilə keçirilən görüşdə bildirilib.

Agentliyin sədri Mustafa Abbasbəyli qurumun fəaliyyət istiqamətləri və həyata keçirdiyi aktiv məşğuluq proqramları barədə məlumat verib. O, rəqəmsal məşğulluğa keçid və xidmətlərin elektronlaşdırılması istiqamətində icra olunan 8 layihəni qeyd edərək bildirib ki, bunlar ƏMAS, ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı, səyyar yoxlama və monitorinq sistemi, elektron əmək birjası və yarmarkası, həmçinin ictimai işlər portalıdır (works.gov.az).

Qeyd olunub ki, yaxın vaxtlarda test rejimində fəaliyyətə başlayacaq ƏMAS ölkə üzrə bütün işəgötürənlər üçün funksional bir “ERP” formatını ehtiva edəcək. Əmək müqaviləsinin e-formada bağlanması, rəqəmsal kadr-uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin dəstəklənməsində ƏMAS əhəmiyyətli rol oynayacaq. Vakansiya bankının daha təkmil formalaşdırılması və xüsusi alqoritmlər vasitəsilə işəgötürən üçün işçi, işçi üçün isə işəgötürən seçimi təşkil ediləcək.

Daha sonra insan resursları üzrə məsul şəxslərin sualları cavablandırılıb, təklifləri dinlənilib.

İqtisadiyyatAzərbaycan-ABŞ “Yaşıl Enerji” Forumu keçiriləcək Ekspert RəyiBeynəlxalq müqavilələrin vergi ilə bağlı müddəalarının tətbiqinə hansı halda məhdudiyyət qoyulur? İqtisadiyyatEldəniz Əmirov: “Manatın məzənnəsi üçün hər hansı təhdid yoxdur” VergiSatışdankənar gəlirlər məcmu gəlirlərə aid edilirmi? İqtisadiyyatİqtisadiyyat nazirinin müavini Tərtərdə vətəndaşları qəbul edəcək SosialXüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb Ekspert RəyiTransfer qiymətinin müəyyən edilməsi ilə bağlı yenilik VergiNağd pul hesablaşmaları necə rəsmiləşdirilir? VergiDövlət Vergi Xidməti sayca ikinci “Yay Təcrübə Proqramı”na qəbul elan edir İqtisadiyyatAğdam Sənaye Parkında rezidentlərin sayı 14-ə çatıb