13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanla Türkmənistan sahibkarları və iş adamlarının qarşılıqlı səfərləri təşkil olunacaq

Aprelin 22-də “Caspian Energy Club” çərçivəsində Türkmənistan Sənayeçiləri və Sahibkarları Birliyinin birgə təşkilatçılığı ilə beynəlxalq Azərbaycan–Türkmənistan “Online B2B Forum” keçirilib.

Tədbir iştirakçıları əvvəlcə işğal edilmiş ərazilərimizin azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

“Caspian Energy Club”ın sədri və baş icraçı direktoru Telman Əliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası sahəsində hazırda infrastruktur layihələri icra olunur. Bu baxımdan Türkmənistan şirkətlərinin də sözügedən layihələrdə iştirakı Azərbaycan tərəfindən dəstəklənir.
Rəhbərlik etdiyi təşkilatla bağlı məlumat verən T.Əliyev qeyd edib ki, “Caspian Energy Club” pandemiya dövründə 134 tədbir keçirib, əsas məqsədlərdən də biri dövlət və biznes arasınsda qarşılıqlı əməkdaşlığın yaradılmasıdır.

Türkmənistan Sənayeçilər və Sahibkarlar Birliyinin rəsmisi Kerim Akmamedov vurğulayıb ki, ölkələrimiz bir çox layihələrin, o cümlədən nəqliyyat və tikinti sektoru sahəsində qarşılıqlı və səmərəli əməkdaşlıqda böyük potensiala malikdir. Türkmənistan sahibkarları və özəl sektor nümayəndələri Azərbaycan tərəfindən təklif edilən bütün layihələrdə iştirak etməyə hazırdır.

Azərbaycanın Türkmənistandakı səfirliyinin birinci katibi Mahir Hacıyev bildirib ki, Azərbaycan və Türkmənistan tarixi dostluq və qardaşlıq əlaqələrinə malikdir. Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsində artım olmasına baxmayaraq, bu göstəricilər mövcud potensialı əks etdirmir. Belə ki, Azərbaycan və Türkmənistan mallarının ixracı və artırılması üçün münbit şarait var. Əsas etibarı ilə də nəqliyyat logistika və tikinti sektoru üzrə böyük işlər görmək mümkündür. Bu istiqamətdə artıq 100-dək müvafiq sənəd imzalanıb.

Forumda, həmçinin Azərbaycan və Türkmənistan sahibkarları və iş adamlarının qarşılıqlı səfərləri və biznes turların təşkili məqsədə uyğun hesab edilib.

Sonda hər iki ölkənin tikinti və logistika şirkətlərinin nümayəndələrinin təqdimatları dinlənilib.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?