16 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə məlumatı

Faydalı qazıntıların istifadəsi ilə bağlı ilk hərrac keçirilib

Yer təkinin istifadəyə verilməsində azad rəqabət mühitini təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən müsabiqə və hərracların keçirilməsinə start verilib.

Ölkəmizdə ilk dəfə olaraq Göygöl rayonu ərazisində yerləşən “Göygöl-I” gil yatağının istifadəyə verilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Auksion Mərkəzində hərrac keçirilib.

Hərracla bağlı İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri və Göygöl Rayon İcra Hakimiyyəti əməkdaşlarından ibarət Ekspert Komissiyası yaradılıb. “Göygöl-I”-in ehtiyatının dəqiqləşdirilməsi məqsədilə yataqda dövlət geoloji ekspertiza işləri aparılıb, yatağın ehtiyatı 2,2 mln. m3, yatağın sahəsi 20 hektar olaraq dəqiqləşdirilib, ilkin start qiyməti isə 220 000 manat müəyyən edilib. Hərracda iştirak edən “Fəxrəddin-K” MMC “Göygöl-1” gil yatağı üzrə istismar hüququnu qazanıb.

Yaxın zamanlarda növbəti hərracların keçirilməsi planlaşdırılır. Artıq Goranboy rayonu Qarasuçay qum-çınqıl yatağının ərazisində yer təki sahələrinin istifadəyə verilməsi barədə hərracda iştirakla bağlı sənədlərin 3 may 2021-ci il saat 16:00-dək qəbulu edilməsi barədə elan İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin saytlarında yerləşdirilib. Qeyd edək ki, açıq hərracın 17 may 2021-ci il tarixində İqtisadiyyat Nazirliyinin Əmlak Xidmətinin Auksion Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Yer təki sahəsində fəaliyyətlə məşğul olmaq istəyən sahibkarlar hərraclarda fəal iştiraka dəvət edilir.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?