15 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çatdırılma (kuryer) xidmətləri bazarında rəqabət vəziyyəti araşdırılır

COVID-19 pandemiyası şəraitində müəyyən xidmət sahələrinə, o cümlədən çatdırılma (kuryer) xidmətlərinə tələbat artdığından, bu sahədə yeni bazar subyektləri fəaliyyətə başlayıb və rəqabət daha da artıb. Artan tələbatı nəzərə alaraq, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən çatdırılma (kuryer) xidmətləri bazarında sağlam rəqabət şəraitinin qorunması üçün həmin sahəyə nəzarəti daha da artırılıb.

Araşdırmalar zamanı çatdırılma xidmətləri bazarında rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına təsir göstərməklə haqsız rəqabətə yol verilməsi əlamətləri müəyyən edilib.

Bununla əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “VOLT AZƏRBAYCAN” MMC haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İşə baxılmasının nəticəsi olaraq müvafiq qərar qəbul edildikdən sonra bu barədə ictimayətə əlavə məlumat verilcəkdir.

Rəqabətin pozulması və haqsız rəqabət halları ilə rastlaşan sahibkarlar 498-15-01, 498-15-04 nömrəli telefonlar vasitəsilə Dövlət Xidmətinə müraciət edə bilərlər.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?