10 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ölkədə əmtəəlik təbii qaz hasilatı 12 faiz artıb

Ölkədə əmtəəlik təbii qaz hasilatı 12 faiz artıb

Azərbaycanda əmtəəlik neft hasilatı 5,3 faiz azalıb, əmtəəlik təbii qaz istehsalı isə 12 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, birinci rübdə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 3,6 faiz azalaraq 11 milyard manat təşkil edib. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 5,9 faiz azalması hesabına baş verib.

Sənaye məhsulunun 63,7 faizi mədənçıxarma, 6,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,3 faiz azalıb, əmtəəlik qaz hasilatı 12 faiz artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,3 faiz azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,4 faiz artıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?