5 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sənayedə qeyri-dövlət sektorunun payı 82,4 faiz olub

Yanvar-mart aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,6 faiz azalaraq 11 milyard manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 5,9 faiz azalması hesabına baş verib, sənayenin qeyri-neft-qaz sektorunda isə məhsul istehsalı 11,9 faiz artıb. Sənaye məhsulunun 63,7 faizi mədənçıxarma, 29,3 faizi emal, 6,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 82,4 faiz olub.

Ümumi istehsalın 89,7 faizi sənaye məhsullarının istehsalı, 10,3 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında aprelin 1-nə 647,6 milyon manatlıq hazır məhsul olub.

Ehtiyatların 0,6 faizi Naxçıvan Muxtar Respublikasının, 52,6 faizi Bakı, 9,7 faizi Sumqayıt, 5,7 faizi Şirvan, 5,4 faizi Gəncə şəhərlərinin, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 97 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?