19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Satınalan təşkilatlarının nümayəndələri ilə onlayn görüş olub

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət müəssisə və təşkilatlarının satınalmalara məsul səlahiyyətli nümayəndələrinin iştirakı ilə “Satınalma prosedurları: rəqabətlilik və səmərəliliyin təmin edilməsi” mövzusunda onlayn görüş keçirib.

Dövlət Xidmətindən bildirilib ki, qurumun rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Sahib Məmmədov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda bərpa-quruculuq işlərinin aparıldığını vurğulayaraq, infrastruktur layihələrinin həyata keçirilməsində iştirak edən satınalan təşkilatların nümayəndələri ilə görüşün keçirilməsinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, son illər dövlət satınalmaları sahəsində aparılan təkmilləşdirmələr, “Dövlət satınalmalarının vahid elektron portalı”nın yaradılması, açıq tenderin elektron satınalma vasitəsilə həyata keçirilməsi, dövlət satınalmaları sahəsində şəffaflığın və rəqabətliliyin artırılması, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin satınalmalarda fəal iştirakına zəmin yaradıb.

Tədbirdə qeyd edilib ki, 2020-ci ildə müsabiqə əsasında keçirilmiş satınalmalar zamanı ehtimal olunan qiymətlə müqayisədə 8,03 faiz dövlət vəsaitinə qənaət olunub. Bu, 2019-cu illə müqayisədə 12,8 faiz çoxdur. Həyata keçirilmiş 230 tenderdə və 1061 kotirovka sorğusunda aşkar olunmuş qanun pozuntuları səbəbindən nəticələri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ləğv edilib.
Qeyd edək ki, satınalan təşkilatların 70-dən çox mütəxəssisinin iştirak etdiyi onlayn görüş dövlət vəsaitlərindən daha səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmaları sahəsində qanunvericiliyin tələblərinə ciddi riayət olunması, mütəxəssislərin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılması məqsədilə təşkil olunub və bu tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Görüşdə satınalan təşkilatların nümayəndələri ilə müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?