13 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Zəruri qayda və tələblərə əməl etməyən sahibkarlıq subyektləri barədə müvafiq tədbirlər görülüb

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqləri davam etdirir.

Aprelin 8-də keçirilmiş nəzarət tədbirləri zamanı Xəzər rayonunda Xəyyam Zülfüqarova məxsus “Geyim malları mağazası”nda, Yasamal rayonunda Əlisa Dadaşova məxsus ərzaq mağazasında, Nərimanov rayonunda Nurlan Nəsibova məxsus pərakəndə ticarət obyektində, Xətai rayonunda Tural Hacıyevə məxsus geyim mağazasında, Binəqədi rayonunda Rizvan Əliyevə məxsus ticarət obyektində, Gəncə şəhərində Tural Kazımova, Elmir Babakişiyevə, Mələkxanım Məmmədovaya, Lamiyyə Abdullayevaya, Sərdar Qafarova, Turan Məmmədova, Ceyhun İsmayılova, Sadiq Nəcəfova məxsus pərakəndə ticarət obyektlərində, Sumqayıt şəhərində “Portağal market”də, Aqil Hüseynova, Ruslan Ağayevə, Xəyalə Səmədovaya, Fəxrəddin Salahova, Aybəniz Əsgərovaya, Yaqut Behbudovaya, Famin Rəhimova, Dəniz İsmayılovaya, Sevinc Yaqubovaya, Arif Binnətova məxsus mağazalarda, ümumilikdə, 50 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi? VergiHansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir? VergiDaşınmaz əmlakın alğı-satqısı sahəsində fəaliyyəti necə rəsmiləşdirmək olar?