11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası ilə dənizdə külək enerjisindən istifadə üzrə əməkdaşlığa dair anlaşma memorandumu imzalayacaq

Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı çərçivəsində Energetika Nazirliyi, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və beynəlxalq məsləhətçi şirkətin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.

Energetika Nazirliyindən bildirilib ki, dənizdə külək enerjisi potensialından istifadəni zəruri edən amillərdən və bu istiqamətdə IFC ilə əməkdaşlığın əhəmiyyətindən bəhs edən energetika naziri Pərviz Şahbazov deyib ki, dövlət başçısı tərəfindən “yaşıl enerji” konsepsiyasının hazırlanması mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilib.

“Ölkənin sosial-iqtisadi inkişaf prioritetlərindən biri olan “yaşıl artım”a nail olunması, eləcə də 2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması dənizin külək imkanlarının enerjiyə çevrilməsi istiqamətində də fəaliyyəti aktuallaşdırır.

IFC ilə dənizdə külək enerjisi potensialının müəyyənləşdirilməsi və Yol Xəritəsinin hazırlanması üzrə əməkdaşlığımız yaşıl enerji ilə bağlı hədəflərimizə töhfə verəcək”, - deyə nazir qeyd edib.

Dünya Bankının ölkə üzrə meneceri Sara Maykl isə bildirib ki, Dünya Bankı IFC ilə birlikdə dənizdə külək enerjisinin inkişafına, bu sahəyə investorların cəlbinə, Azərbaycanın dekarbonizasiya ilə bağlı məqsədlərinə dəstək verməyə hazırdır.

Sonra IFC və məsləhətçi şirkət tərəfindən hazırlanmış dənizdə külək enerjisi layihəsinin inkişaf ssenarilərinin təqdimatı nəzərdən keçirilib. Müxtəlif ssenarilər üzrə layihələrin gözlənilən iqtisadi, maliyyə, ekoloji və sosial göstəriciləri ətrafında fikir mübadiləsi aparılıb.

Vurğulanıb ki, dünyada dənizdəki külək enerjisinə maraq artmaqdadır. Bu da külək turbinlərinin quraşdırılması ilə istehsal olunan elektrik enerjisinə çəkilən xərclərin getdikcə azalması ilə izah edilir.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası arasında dənizdə külək enerjisindən istifadə sahəsində əməkdaşlığa dair anlaşma memorandumu”nun yaxın vaxtlarda imzalanması planlaşdırılır. Anlaşma Memorandumu ilə nəzərdə tutulan işlər IFC-nin “Dənizdə Külək Enerjisinin İnkişafı Proqramı” çərçivəsində yerinə yetiriləcək. Bu proqram Dünya Bankı Qrupunun “Enerji Sektorunun İdarəedilməsində Yardım Proqramı” (ESMAP) çərçivəsində maliyyələşdirilir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?