16 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOB subyektləri üçün təlim təşkil olunub

Azərbaycan Mərkəzi Bankı (AMB), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası (BFB) və “Ernst & Young” (EY) şirkəti tərəfindən kiçik və orta biznes (KOB) subyektləri üçün “Qiymətli kağızların buraxılışı, Bakı Fond Birjasında listinq və ilkin kütləvi təklif” mövzularında sertifikatlı onlayn təlim keçirilib.
BFB-dən bildirilib ki, iki gün davam edən təlimdə Mərkəzi Bankın və Bakı Fond Birjasının əməkdaşları tərəfindən kapital bazarı, qiymətli kağızların buraxılışı və birjada listinqə daxil olma proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat verilib. Eyni zamanda, “Ernst & Young” (EY) şirkətinin əməkdaşları tərəfindən “İlkin kütləvi təklif”, KOB subyektlərinin ümumi hesabatlılıq məsələləri və təklif olunan həll yolları, Avropa Yenidənqurma və İnkişaf Bankının “Maliyyə İdarəçiliyinin İnkişafı Proqramı” mövzularında məruzələr dinlənilib.
Qeyd edək ki, Bakı Fond Birjası əməkdaşlıq etdiyi şirkət və qurumlarla birlikdə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və fond birjasında listinqin təşviq edilməsi məqsədilə mütəmadi olaraq ödənişsiz təlimlər təşkil edir.

VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?