23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
KOBİA İsrailin Kiçik və Orta Biznes Agentliyi və Beynəlxalq İnkişaf Agentliyi ilə əməkdaşlıq edəcək

KOBİA İsrailin Kiçik və Orta Biznes Agentliyi və Beynəlxalq İnkişaf Agentliyi ilə əməkdaşlıq edəcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İsrailin Kiçik və Orta Biznes Agentliyi və Beynəlxalq İnkişaf Agentliyi (MASHAV) ilə əməkdaşlıq edəcək.
KOBİA-dan bildirilib ki, agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov İsrailin Azərbaycandakı səfiri Corc Diklə görüşüb. Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi, kiçik və orta sahibkarlıq sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün potensialın olduğu vurğulanıb. KOB sahəsində mövcud tərəfdaşlığa və əlaqələrin inkişafı perspektivlərinə dair ətraflı fikir mübadiləsinin aparıldığı görüşdə İsrailin Kiçik və Orta Biznes Agentliyi və Beynəlxalq İnkişaf Agentliyi ilə əməkdaşlığa, KOB sahəsində təcrübə mübadiləsinə, hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın qurulması və məlumat mübadiləsi məqsədilə birgə tədbirlərin təşkilinə dair müzakirələr aparılıb.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması