10 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türkdilli dövlətlər arasında tranzit daşımaların artırılması məsələsi müzakirə edilib

Aprelin 6-da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Türk Dünyası Əməkdaşlıq Şurasının (TDƏŞ) təşkilatçılığı ilə Türkiyə və Özbəkistan respublikalarının nümayəndə heyətləri ilə görüş keçirilib.

QSC-dən bildirilib ki, görüşdə ASCO-nun sədri Rauf Vəliyevin başçılıq etdiyi heyət, TDƏŞ Baş katibinin müavinləri Mirvohid Azimov və Qismət Gözəlov, Özbəkistanın nəqliyyat nazirinin müavini Abdusamat Muminov, bu ölkənin gömrük və nəqliyyat qurumlarının nümayəndələri, Türkiyə Beynəlxalq Daşıyıcılar Assosiasiyasının direktorlar heyətinin rəhbəri Alper Özel iştirak ediblər.

R.Vəliyev qonaqlara 162 illik tarixi olan qurumun fəaliyyəti, iştirak etdiyi layihələr və gələcək planlar barədə geniş məlumat verib. Bildirib ki, ASCO dənizdə yükdaşımalarla yanaşı, neft-qaz sahəsində gəmiçilik xidmətləri də göstərir. O, həmçinin beynəlxalq ticarətin inkişafı, tranzit imkanlarının daha da genişləndirilməsi məqsədilə Azərbaycanın həyata keçirdiyi irimiqyaslı layihələrdən də söz açıb. Qeyd edib ki, Xəzər dənizi üzərindən yüklərin daşınması və bu sahənin inkişafına töhfə vermək üçün ASCO da öz növbəsində türkdilli dövlətlərlə əməkdaşlığa hazırdır.

Daha sonra TDƏŞ Baş katibinin müavinləri Mirvohid Azimov və Qismət Gözəlov, Özbəkistanın nəqliyyat nazirinin müavini Abdusamat Muminov və digər şəxslər çıxış edərək türkdilli dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi, tranzit daşımalarının artırılması, məlumat mübadiləsinin gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsindən sonra qonaqlar ASCO-nun inzibati binasında yaradılan 44 günlük Vətən müharibəsinə həsr olunan interaktiv “Zəfər” guşəsi, ASCO-nun tarixini əks etdirən “Üç əsrin şahidi” muzeyi ilə yaxından tanış olublar.

VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?