9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA “Brand Award Azerbaijan”ın rəsmi tərəfdaşı olub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Caspian Energy Club”un (CEC) təşkil etdiyi beşinci “Brand Award Azerbaijan” milli mükafatının rəsmi tərəfdaşı qismində çıxış edəcək.

Bu barədə “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev bildirib. O qeyd edib ki, “Brand Award Azerbaijan” müsabiqəsinin əsas məqsədi yerli brendlərin tanınmasına, kiçik və orta biznesə bu istiqamətdə dəstək verməkdir. “Brand Award” və “Brand Award Azerbaijan” ticarət nişanları dünyanın 50 ölkəsində “Caspian Energy Club”a məxsusdur.

KOBİA” və “Caspian Energy Club” arasında uzunmüddətli, səmərəli əməkdaşlıq mövcuddur. Agentlik hər zaman biznes-hökumət dialoqunun inkişafı istiqamətində aktiv iştirak edib, bu sahədə uğurlu addımlar atmaqdadır. KOBİA-nın “Brand Award Azerbaijan” milli mükafatını rəsmi tərəfdaş qismində dəstəkləməsi bunun daha bir əyani nümunəsidir”, – deyə T.Əliyev vurğulayıb.

Qeyd edək ki, “Brand Award Azerbaijan” milli müsabiqəsində Azərbaycanın yerli korporativ, xidməti və məhsul brendləri arasında 2021-ci ilin ən tanınan 50 brendi seçilərək mükafatlandırılacaq. Səsvermə aprelin 26-dan mayın 23-dək “www.brandaward.az” saytında keçiriləcək. Mükafatın təqdimetmə mərasimi isə onlayn formatda iyunun 1-də baş tutacaq.
“Brand Award Azerbaijan” milli müsabiqəsində qalib gələn 50 brend, həmçinin Xəzər-Qara dəniz regionundakı ölkələrdə keçirilən “Brand Award” müsabiqələrində qalib olan həmin ölkələrin milli brendləri ilin sonunda yekun “Brand Award International” müsabiqəsində birbaşa iştirak etmək imkanı əldə edəcək.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və klubun fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?