13 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda elektron ticarət platformalarına xidmət göstərəcək vahid logistika mərkəzi yaradılacaq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport.az” portalı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin nümayəndələri arasında onlayn görüş keçirilib.
Mərkəzdən bildirilib ki, görüşdə “Azərpoçt” MMC-nin Biznes inkişafı, marketinq departamentinin direktoru Anar Məcidov təmsil etdiyi qurumun xidmətləri barədə ətraflı məlumatlar təqdim edib. Qeyd olunub ki, hazırda ölkə ərazisində “Azərpoçt”un 1500-dək poçt şöbəsi mövcuddur. Qurum tərəfindən poçt xidmətləri ilə yanaşı maliyyə xidmətlərinin də göstərildiyi vurğulanıb.
“Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov “Azərpoçt” tərəfindən təqdim olunan xidmətlərin ölkədə elektron ticarət sahəsinin diversifikasiyasında əhəmiyyətli rol oynadığını bildirib. Bu sahədə fəaliyyət göstərən sahibkarların qeyd olunan xidmətlərin üstünlükləri barədə məlumatlandırılması məqsədilə birgə tədbirlərin təşkil olunması təklif olunub. Daha sonra Azərbaycanda elektron ticarət platformalarına xidmət göstərəcək vahid logistika mərkəzinin qurulması istiqamətində atılan addımlar barədə müzakirələr aparılıb.
Onlayn müzakirə zamanı “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə təqdim olunan xidmətlər barədə məlumatlar təqdim edib. Elektron ticarətin inkişafı məqsədilə qurumlar arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Rəqəmsal Ticarət Qovşağının rəhbəri Məsumə Talıbova isə Onlayn Vahid İxrac ərizəsi xidməti barədə məlumatlar təqdim edib. O, qeyd olunan xidmətdən istifadə etməklə elektron ticarət əməliyyatlarının daha da sürətləndirilməsi imkanın mövcud olduğunu vurğulayıb.

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi