5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA sahibkarları apreldə təşkil olunacaq sahəvi görüşlərə dəvət edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarlar üçün hər ay müxtəlif mövzularda onlayn sahəvi görüşlər təşkil olunur.

KOBİA-dan bildirilib ki, mikro, kiçik və orta biznes (KOB) subyektləri aprel ayında keçiriləcək sahəvi görüşlərlə bağlı ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsindən əldə edə bilərlər (https://smb.gov.az/az/events?slug=tedbir).

Aidiyyəti dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələrinin iştirakı ilə təşkil olunan sahəvi görüşlərdə sahibkarları narahat edən problemlər və onların həlli yolları müzakirə edilir, KOB-ların ehtiyacları və təklifləri öyrənilir, sahibkarları maraqlandıran suallar cavablandırılır. Həmçinin sahəvi görüşlərdə sahibkarlar tərəfindən qaldırılan məsələlərin həlli üçün dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görülür, təkliflər ümumiləşdirilərək aidiyyəti qurumlara təqdim olunur.

KOBİA sahibkarları hər ay təşkil olunan sahəvi görüşlərdə fəal iştirak etməyə dəvət edir. Eyni zamanda, sahibkarlar müzakirəsinə ehtiyac duyduqları məsələlərlə bağlı sahəvi görüşlərin keçirilməsi üçün təkliflərini agentliyə təqdim edə bilərlər ([email protected]).
Qeyd edək ki, indiyədək KOBİA tərəfindən müxtəlif mövzularda 60 sahəvi görüş təşkil olunub. Bu görüşlərdə sahibkarlar tərəfindən səsləndirilən bir sıra problemlər dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müsbət həllini tapıb, eləcə də səsləndirilən bir sıra təkliflər sahibkarlıq fəaliyyəti ilə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsi, müxtəlif dəstək mexanizmlərinin yaradılması və mövcud dəstək tədbirlərinin təkmilləşdirilməsi prosesi də nəzərə alınıb.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması