9 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı inkişaf edir

Türkiyənin ticarət naziri Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyində görüş keçirilib.

Nazirlikdən bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq, əməkdaşlığımızın uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, ortaq maraqların və dəyərlərin birləşdirdiyi Azərbaycan və Türkiyə dünya miqyasında ən yaxın strateji müttəfiqlər kimi daim bir-birinin yanındadır.

44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək buna bariz örnəkdir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir. Dövlət başçılarının səmimi dostluq və qardaşlıq münasibətləri, tərəfdaşlığın genişləndirilməsinə verdikləri böyük önəm əlaqələrin daha da dərinləşməsini şərtləndirir. İqtisadiyyat naziri əməkdaşlığın inkişafında bu ilin fevralında Türkiyədə 9-cu iclası keçirilmiş Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının əlverişli platforma olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan və Türkiyə arasında çoxsahəli əməkdaşlığın genişləndirilməsi üçün həyata keçirilən tədbirlər yeni birgə layihələrin reallaşdırılmasına, iqtisadi-ticarət münasibətlərimizin inkişafına töhfə verəcək.

Türkiyənin ticarət naziri Ruhsar Pekcan Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bildirib, Türkiyə şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək quruculuq layihələrində iştirakda maraqlı olduqlarını diqqətə çatdırıb.

Tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev ölkələrimiz arasında tranzit-logistika, gömrük, İKT, ticarət və sair sahələrdə əlaqələrin genişləndirilməsi, ərazilərimizin işğaldan azad edilməsi ilə əlaqədar yaranmış yeni reallıqlara uyğun olaraq iqtisadi əlaqələrin inkişaf istiqamətləri barədə fikirlərini bölüşüblər.

Görüşdə COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına təsirləri barədə məlumat verilib, koronavirusla mübarizədə qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Tərəflər ölkələrimiz arasında iqtisadi əlaqələrin gücləndirilməsi, Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi, qarşılıqlı ticarət həcminin və məhsul çeşidinin artırılması və maraq doğuran digər məsələləri müzakirə ediblər.

VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi? VergiHansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir? VergiDaşınmaz əmlakın alğı-satqısı sahəsində fəaliyyəti necə rəsmiləşdirmək olar? VergiQeyri-rezidentdən marketinq xidməti alan MMC bu əməliyyata görə hansı vergiləri ödəməlidir?