14 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanda Türkiyə məhsulları ucuzlaşa bilər

Azərbaycanda Türkiyə məhsulları ucuzlaşa bilər

Türkiyə lirəsi ABŞ dollarına nisbətdə dəyər itirməkdə davam edir. Martın əvvəlində 1 ABŞ dolları almaq üçün 7,3 ödəmək lazım gəldiyi halda, indi bu məbləğ 8,26 lirəyə çatıb. Bu o deməkdir ki, lirə son bir ayda 13 faiz ucuzlaşıb.

Millət vəkili Vüqar Bayramov Türkiyədəki son iqtisadi prosesləri təhlil edərkən bildirib ki, qardaş ölkədə inflyasiya səviyyəsi 15,6 faiz yüksəlib. Lirənin ucuzlaşması fonunda istehlak bazarında da qiymət artımları müşahidə edilir: “Bütün bunlara rəğmən, son illər Türkiyənin ümumi ixracatının artması qeydə alınıb. Ötən il Türkiyənin ixracatının həcmi 169,5 milyard dollar olub və son 4 ildə 18,8 faiz artıb. Güclü dollar fonunda ucuzlaşan Türkiyə lirəsi yerli məhsulları xarici bazarda daha rəqabətqabiliyyətli edib”.

Lirənin ucuzlaşmasının Türkiyə ilə iqtisadi əlaqələrimizə xüsusi təsir göstərmədiyini deyən V.Bayramov bunun Türkiyədən idxalı artıra biləcəyini də istisna etməyib.

Xatırladaq ki, Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar olub.

Son illər Azərbaycanla Türkiyə arasındakı ticarət əlaqələrində artım tendensiyasının müşahidə olunduğunu deyən millət vəkili 2019-cu ildə ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə 33 faiz, 2017-ci illə müqayisədə isə 73 faiz artdığını qeyd edib: “Ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyar 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb”.

V.Bayramov vurğulayıb ki, lirə dəyər itirməkdə davam edərsə və Türkiyədə istehsal xərcləri milli valyutada kəskin artmazsa, Azərbaycanda da Türkiyə malları ucuzlaşa bilər.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?