11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlar üçün seminar təşkil edilib

Martın 16-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə onlayn seminar keçirilib.

“Elektron dövlət qeydiyyatından istifadə” mövzusunda təşkil olunmuş tədbirdə startaplar, mikro və kiçik sahibkarlıq subyektləri, eləcə də öz biznesini qurmaq istəyən şəxslər iştirak ediblər.

Tədbirdə DVX-nın şöbə rəisi Hüsniyyə Abdullayeva sahibkarlığın təşviqi, biznesə başlamaq üçün yaradılmış müasir qeydiyyat sistemlərinin əhəmiyyətini vurğulayaraq dövlət qurumları tərəfindən biznesin elektronlaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, onlayn qeydiyyat sisteminin həyata keçirilməsində məqsəd biznesə başlama prosedurlarının sadələşdirilməsi, vaxta qənaət, şəffaflığın təmin olunması, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır. Bu sistemə əsasən qeydiyyat sənədləri vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və bu sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət olmur.

2018-ci ilin sonundan vergi ödəyicisinin qeydiyyatı yeni üsulla (FİN-kod və mobil nömrə) aparılır ki, burada qeydiyyat, ƏDV qeydiyyatı və bank hesabının açılması cəmi bir prosedurla həyata keçirilir. Yeni üsulla qeydiyyat zamanı əmək müqavilələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə e-imza tələb olunmadan qeydiyyat zamanı elektron olaraq ötürülür, qeydiyyat sənədləri elektron dövriyyə edir. Nəticədə qeydiyyat prosesi tam sadələşib, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd tələb olunmur, bütün informasiyalar vahid mərkəzdə toplanır, qeydiyyat məlumatları aidiyyatı orqanlara dərhal göndərilir. Elektron kabinetə göndərilmiş qeydiyyat sənədlərinin bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatlarda qəbul edilməsi üçün qanunvericilik bazası və inzibatçılıq da təkmilləşdirilib. Beləliklə, qeydiyyat sahəsində aparılmış son islahatlar yerli investisiyalı MMC-nin dövlət qeydiyyatının maksimum elektronlaşdırılmasına imkan yaradıb.

Tədbir zamanı müvafiq sahədə aparılan islahatlar, qeydiyyat üzrə ləğv olunan prosedurlar, hüquqi şəxslərin bir prosedurla onlayn dövlət qeydiyyatı, elektron sistem və ondan istifadə qaydaları ilə bağlı proseslər əyani şəkildə izah edilib. Həmçinin, təkmilləşdirilmiş elektron müraciət sisteminin üstünlükləri, ondan istifadə qaydaları ilə bağlı məlumat verilib, bununla bağlı hazırlanmış videoçarx nümayiş olunub, tədbir iştirakçılarının sualları cavablandırılıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?