12 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“İstehlakçı və sahibkar münasibətlərində qarşılıqlı etimad” mövzusunda konfrans keçirilib

“İstehlakçı və sahibkar münasibətlərində qarşılıqlı etimad” mövzusunda konfrans keçirilib

Son illər dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, istehlakçı-sahibkar münasibətlərinin sivil qaydalar əsasında formalaşdırılması istiqamətində dövlət səviyyəsində görülən sistemli işlər bu sahədə müsbət dəyişikliklərə səbəb olub. Bu barədə 15 mart - Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində videokonfrans formatında təşkil olunan “İstehlakçı və sahibkar münasibətlərində qarşılıqlı etimad” mövzusunda tədbirdə məlumat verilib.

Dövlət Xidmətindən bildirilib ki, qurumun rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Sahib Məmmədov istehlakçı hüquqlarının müdafiəsinin sosial-iqtisadi siyasətin prioritet istiqamətlərdən olduğunu vurğulayıb, bu istiqamətdə kompleks tədbirlərin həyata keçirildiyini, istehlak bazarında mütəmadi olaraq monitorinqlərin aparıldığını, keyfiyyət və təhlükəsizlik göstəricilərində kənarlaşmalar aşkarlanmış mallar üzərində nəzarətin daha da gücləndirildiyini, maarifləndirmə işlərini diqqətə çatdırıb.

Qeyd edilib ki, istehlak bazarında istehlakçı-sahibkar münasibətlərində qarşılıqlı etimad vacib amillərdəndir. Sahibkarlıq subyektləri normativ-hüquqi aktlarla müəyyənləşdirilmiş vəzifələrinə məsuliyyətlə yanaşmalı, istehlakçılara keyfiyyətli, təhlükəsiz mal, iş və xidmətlər əldə etməyə imkan yaratmalı, istehlakçıların hüquqlarının müdafiəsinə hörmətlə yanaşmalıdırlar. Görüşdə, həmçinin istehlakçıların hüquqlarının müdafiəsi sahəsində ictimai nəzarətin, istehlakçı fəallığının artırılmasının vacibliyi diqqətə bildirilib.

Dövlət qurumlarının, ictimai təşkilatların və sahibkarlıq subyektlərinin nümayəndələri çıxış edərək istehlakçı hüquqlarının qorunması istiqamətində son illər istehlak bazarında mal və xidmətlərin keyfiyyətində müsbət dəyişikliklərin müşahidə olunduğunu vurğulayıb, bu istiqamətdə təkliflərini səsləndiriblər.
Tədbirdə istehlakçı-sahibkar münasibətlərində qarşılıqlı etimadın əhəmiyyəti qeyd edilib, istehlakçı hüquqlarının daha effektiv qorunması barədə fikir mübadiləsi aparılıb.

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?