14 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qiymətləndirmə fəaliyyəti haqqında Qanuna dəyişikliklər müzakirə edilib

Martın 15-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı və “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İB-nin tərəfdaşlığı ilə “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa gözlənilən dəyişikliklər” mövzusunda onlayn forum keçirilib.

Agentlikdən bildirilib ki, KOBİA-nın dəstəyi, Milli Məclisin, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların və qiymətləndirmə fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin iştirakı ilə təşkil olunmuş forumda qiymətləndirmə sahəsində fəaliyyətin hüquqi tənzimlənməsinə, bu sahədə qanunvericiliyə gözlənilən dəyişikliklərə və müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərini maraqlandıran digər məsələlərə dair müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, dövlət və özəl sektor arasında səmərəli əlaqələrin qurulması, dövlət-sahibkar əməkdaşlığının inkişafı agentliyin fəaliyyət istiqamətlərindəndir və bu məqsədlə mütəmadi olaraq sahəvi görüşlər, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə müxtəlif mövzularda forumlar təşkil olunur. Onlayn forumun məqsədi qiymətləndirmə sahəsində qanunvericiliyə gözlənilən dəyişikliklərin ictimai müzakirəsinə vasitəçilik etmək, bu sahədə aidiyyəti qurumların və sahibkarların təkliflərinin öyrənilməsidir. Vurğulanıb ki, qiymətləndirmə sahəsində hüquqi bazanın müasir tələblər və mövcud bazar şərtləri ilə uzlaşmaması və digər məsələlər qiymətləndiricilərin sahibkarlıq subyekti kimi inkişafında müəyyən çətinliklər yaradır.

“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İB-nin sədri Nüsrət İbrahimov ictimai birliyin fəaliyyəti barədə məlumat verərək hazırda 36 qiymətləndirmə şirkətinin cəmiyyətin üzvü olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, qiymətləndirmə fəaliyyəti haqqında 1998-ci ildə qəbul edilmiş qanun müasir çağırışlara və beynəlxalq standartların tələblərinə cavab vermir, peşəkar fəaliyyətə nəzarəti məhdudlaşdırır. Beynəlxalq standartlar nəzərə alınmaqla hazırlanan yeni qanunvericilik müvafiq sahənin inkişafında əhəmiyyətli olacaq.
Onlayn forumda Milli Məclisin deputatı Vüqar Bayramov, İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin sektor müdiri Nuranə Abbasova, əmlak sahəsində ekspert Ramil Osmanlı, “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İB-nin və qiymətləndirici şirkətlərin nümayəndələri qiymətləndirmə sahəsində mövcud vəziyyətə, yeni qanun layihəsinə dair fikirlərini və təkliflərini bölüşüblər.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?