8 İyul 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

MDB İqtisadi Şurasının 89-cu iclası keçirilib

Martın 12-də Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının videokonfrans formatında 89-cu iclası keçirilib. İclasda Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov da iştirak edib.

MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, iclası MDB İqtisadi Şurasının sədri, Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko idarə edib.

MDB-də iqtisadi qarşılıqlı fəaliyyətə dair aktual məsələlər və COVID-19 problemləri üzrə fikir mübadiləsindən sonra RF əmək və sosial müdafiə nazirinin müavini Yelena Muxtiyarova iclas iştirakçılarını Birlik dövlətləri əhalisinin məşğulluğuna kömək sahəsində əməkdaşlıq barədə Saziş layihəsi haqqında məlumatlandırıb.
Rusiya Federasiyasının İstehlakçıların hüquqlarının müdafiəsi və insan rifahı sahəsində nəzarət üzrə Federal xidmətin rəhbərinin müavini Vyaçeslav Smolenski MDB-yə üzv ölkələrin sanitar mühafizəsi sahəsində əməkdaşlıq barədə Sazişin layihəsi və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması üzrə Ortamüddətli Birgə Fəaliyyət Planının layihəsi barədə Vahid məruzəni nümayəndə heyəti rəhbərlərinə təqdim edib.

İclas iştirakçıları bir sıra digər məsələləri də nəzərdən keçiriblər. 2021-2025-ci illərdə Yerin təkinin kəşfiyyatı, istifadəsi və mühafizəsi üzrə birgə işlərin perspektiv planı qəbul edilib.

Kosmos üzrə Dövlətlərarası Şura Qlobal Naviqasiyalı Peyk Sistemlərinin (GLONASS) siqnal sistemlərindən istifadə edən yerüstü infrastrukturun inteqrasiyası üzrə əməkdaşlıq barədə məsələni təqdim edib. Bu istiqamət üzrə Yüksək Dəqiqlikli Naviqasiya Xidməti Sisteminin yaradılması nəzərdə tutulur.

MDB-yə üzv ölkələrdə sığorta (sosial) üzvlük haqlarının (ödənişlərin) vergi inzibatçılığı təcrübəsi üzrə aktual məsələ də təqdim edilib.

İqtisadi Şuranın iştirakçıları gündəlikdə təqdim olunan 12 sənədi bəyəniblər.
MDB İqtisadi Şurasının növbəti iclası iyunun 18-də Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçiriləcək.

VergiDublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi orqanı obyektin girişində uçotla bağlı məlumatın olmamasına görə sahibkarı cərimə edə bilərmi? VergiXarici ölkə vətəndaşının məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməsi VergiKənd təsərrüfatı məhsullarına görə ödənilən ƏDV məbləğləri necə hesablanır? Vergiİşçinin vəfatı ilə əlaqədar ödənilən müavinətdən vergi tutulurmu? VergiSənaye məhəlləsinin rezidentlərinə hansı vergi güzəştləri tətbiq olunur? VergiZərgərlik məmulatlarının nağd satışına görə cərimə nə qədərdir? VergiKarqo şirkətləri üçün tələblərdə hansı dəyişiklik edilib? Vergiİcarəyə götürülən obyekt üçün kod almaq mümkündürmü? VergiTorpaqların icarəyə verilməsi əməliyyatı ƏDV-yə cəlb olunurmu?