19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyəti "Fitch Ratings" agentliyi tərəfindən qiymətləndirilib

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin "Fitch Ratings" agentliyi tərəfindən növbəti qiymətləndirilməsi həyata keçirilib. Qiymətləndirməyə əsasən, Fondun uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi "BB+" səviyyəsində (proqnoz "stabil") təsdiq edilib.

Agentliyin "Hökumətlə əlaqəli şəxslərin reytinq meyarları"na əsasən, fondun reytinqi Azərbaycan Respublikasının suveren reytinqinə bərabərdir. Bu, fondun 100 faiz dövlətə məxsus olması, onun fəaliyyətinə ciddi nəzarət edilməsi və ölkənin iqtisadi siyasətində strateji əhəmiyyətə malik olması ilə əlaqədardır. Reytinq fondun davamlı kapitallaşması və Mərkəzi Bankın fondun emissiya etdiyi istiqrazlara verdiyi likvidlik dəstəyi şəklində olan dövlət dəstəyini də əks etdirir.

Agentlik fondun fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsini "güclü" qiymətləndirib və qurulduğu gündən hökumətin fonda davamlı dəstək göstərilməsini qeyd edib. Sahibkarların kreditlərinə təminat və hesablanmış faizlərə görə subsidiyaların verilməsi vəzifələri fondun mandatına əlavə edildikdən sonra bu dəstəyin miqyası daha da artıb. 2018-ci ildə fondun kapitallaşması məqsədilə dövlət büdcəsindən 100 milyon manat məbləğində vəsait ayrılıb və ilin sonuna kapitalı 466 milyon manata çatıb.

Agentliyin mülahizəsinə görə, ortamüddətli dövrdə də kapital dəstəyi və Mərkəzi Bankın likvidlik dəstəyi şəklində İpoteka və Kredit Zəmanət Fondunun dövlət tərəfindən dəstəklənməsi davam etdiriləcək. Bunlarla yanaşı, fond gəlir vergisinin ödənilməsindən azad olunması və əldə edilən mənfəətdən sərbəst istifadə hüququ kimi dövlət dəstəyindən də faydalanır. Əhalinin əlverişli şərtlərlə yaşayış sahələri ilə təmin edilməsinin Azərbaycan üçün prioritet məsələ olduğunu nəzərə alaraq, agentlik hesab edir ki, dövlətin mənzil siyasətində fond strateji əhəmiyyətə malikdir və daxili bazarda mövqeyi güclüdür. Fond Maliyyə Nazirliyi və Mərkəzi Bankdan sonra daxili istiqraz bazarının üçüncü böyük iştirakçısıdır.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?