12 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş olub

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib.

Dövlət Xidmətindən bildirilib ki, xidmətin rəis müavini Məmməd Abbasbəyli qurumun fəaliyyət istiqamətləri, fəaliyyətin təkmilləşdirilməsi üçün aparılan islahatlar barədə ətraflı məlumat verib. Bildirilib ki, son dövrlər haqsız rəqabət, inhisarçılığa qarşı mübarizə, istehlakçı hüquqlarının qorunması, keyfiyyət infrastrukturu, eləcə də dövlət satınalmalarında rəqabət mühitinin və şəffaflığın təmin olunması istiqamətində işlər görülür. Biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə sahibkarlar və biznes assosiasiyaları ilə əlaqələrin genişləndirilməsi üzrə yeni istiqamətlər müəyyənləşdirilib.

Tədbirdə Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Fərid İsayev dialoq formatında tərəfdaşlıq təşəbbüsünün inkişafına dair təkliflərini səsləndirib.

Palatanın icraçı direktoru Tobias Bauman bu sahədə xarici ölkələrin müsbət təcrübəsinin öyrənilməsi və normativ bazanın təkmilləşdirilməsi üçün əməkdaşlığa hazır olduqlarını vurğulayıb.

Müzakirə formatında keçirilən görüşdə biznes dairələri, sahibkar birlikləri və assosiasiyalarla əməkdaşlığın iqtisadi inkişafa töhfə verdiyi, belə tədbirlərin davamlı olaraq keçiriləcəyi qeyd edilib, suallar cavablandırılıb.

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi