16 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA özəl qiymətləndiricilərə müraciət edib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) özəl qiymətləndiricilərə müraciət edib.

KOBİA-dan bildirilib ki, martın 15-də “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa gözlənilən dəyişikliklər” mövzusunda onlayn forum keçiriləcək. Özəl qiymətləndiricilərin fəaliyyətinin təkmilləşdirilməsi və mövcud qanunvericiliyə təklif olunan dəyişikliklərin müzakirəsi məqsədilə təşkil ediləcək tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin və müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin iştirakı nəzərdə tutulur.
KOBİA-nın dəstəyi, İctimai Şuranın təşkilatçılığı və “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin tərəfdaşlığı ilə keçiriləcək forumda iştirak etmək istəyən sahibkarlar və ya tədbirlə bağlı sualı olanlar aşağıdakı telefon nömrələrinə müraciət edə bilərlər:

(+994) 50 7117077
(+994) 50 2277077
Qeydiyyat üçün: https://forms.gle/RJUfjtuBwi5X3Fxu6

VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?