16 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Elektron ticarətdə təhlükəsizlik” mövzusunda onlayn seminar təşkil olunacaq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport.az” portalı “Kapital Bank” ilə birlikdə “Elektron ticarətdə təhlükəsizlik” mövzusunda maarifləndirici onlayn seminar keçirəcək.

İİTKM-dən bildirilib ki, son zamanlarda elektron ticarətin yaratdığı üstünlüklərdən istifadəyə marağın artması ilə yanaşı, kibertəhlükəsizliyə təhdidlərin çoxalması da müşahidə olunur. Əsasən kart məlumatlarının əldə olunması ilə vətəndaşların hesablarından vəsaitlərin oğurlanması halları baş verir. Belə halların baş verməsi vətəndaşlara maddi zərərin dəyməsi ilə yanaşı ölkədə elektron ticarətin, nağdsız hesablaşma vərdişinin və müasir texnologiyaların inkişafına öz mənfi təsirini göstərir.

“Elektron ticarətdə təhlükəsizlik” mövzusunda maarifləndirici onlayn seminarın təşkilində məqsəd qeyd olunan halların baş verməsinin qarşısının alınmasıdır. Seminarda, həmçinin ikinci əl məhsuların alış-verişində diqqət edilməli məqamlar, saxta “ATM” və saytların müəyyən olunması, kartların CVV/CVC məlumatlarının qorunması, sosial şəbəkələr və elektron poçt üzərindən göndərilən saxta hədiyyə kuponları və digər mövzularda ekspertlərin çıxışları nəzərdə tutulub. Seminar ödənişsizdir.
Martın 17-də saat 10:00-da “Zoom” tətbiqi vasitəsilə keçiriləcək seminar üçün qeydiyyat linki: http://training.ereforms.org
Qeydiyyatdan keçmək mütləqdir.

VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?