19 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda günəş və külək enerjisi sahəsində keçiriləcək hərraclarda macar şirkətlərinin iştirakı üçün əlverişli imkanlar var

Energetika naziri Pərviz Şahbazov ölkəmizdə işgüzar səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Energetika Nazirliyindən bildirilib ki, görüşdə ölkələr arasında energetika sahəsində əməkdaşlıqdan irəli gələn məsələlər, o cümlədən Avropanın enerji təminatının şaxələndirilməsində, xüsusilə qaz təminatında Azərbaycanın mühüm rolu barədə fikir mübadiləsi aparılıb.

P.Şahbazov iki ölkənin dövlət və özəl qurumları arasında əməkdaşlığın genişləndirilməsi, eyni zamanda, Azərbaycanda günəş və külək enerjisi sahəsində keçiriləcək hərraclarda macar şirkətlərinin iştirakı üçün əlverişli imkanların olduğunu bildirib. Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında yaradılmış Enerji üzrə İşçi Qrupunun fəaliyyətinə, cari ilin ikinci yarısında keçirilməsi planlaşdırılan növbəti iclasda müzakirə ediləcək məsələlərə diqqət çəkilib.

P.Siyarto Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra regionda yeni reallıqların yarandığı dövrdə ölkəsinin şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərində iştirakda maraqlı olduğunu bildirib. Cənub Qaz Dəhlizinin qaz mənbələri və marşrutların diversifikasiyası baxımından Macarıstan üçün böyük önəm daşıdığını qeyd edən nazir layihənin Mərkəzi Avropaya genişlənməsinə marağını ifadə edib, bağlantı kəmərlərinin vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər müzakirə edilib.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?