12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“EnterpriseAzerbaijan.com”a daxil edilən 3 startapa aktivlər təqdim olunub

“EnterpriseAzerbaijan.com” portalına daxil edilən 3 innovativ startapa Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib. İnnovativ startapların dəstəklənməsi barədə razılıq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq çərçivəsində əldə olunub.

İİTKM-dən bildirilib ki, “EnterpriseAzerbaijan.com” portalına daxil edilən və özünüməşğulluq proqramının tələblərinə uyğun olan layihələrdən birincisi “Healwith” startapıdır. Bu startap süni intellektin köməyi ilə bitki xəstəliklərini sadəcə şəkillərini çəkməklə müəyyən edən və müvafiq müalicə metodlarını göstərən mobil tətbiqdir. Layihə hazırda prototip halındadır və 4 xəstəlik tanıyır. Yaxın zamanda sistemə 32 xəstəlik əlavə ediləcək və bazada yerləşdiriləcək. “HealWith” müəyyən mənada “cib aqronomu” rolunu oynayır, beləcə, insanlara vaxt və büdcəyə qənaət edərək təsərrüfatlarını inkişaf etdirməyə kömək edir.

Özünüməşğulluq çərçivəsində dəstək alan digər startap “Interno” platforması tələbə və yeni məzun olan gənclərə ixtisaslarına uyğun təcrübə proqramlarını təqdim edən layihədir. Şirkətlər platformada özlərinə hesab açaraq elan etmək istədikləri təcrübə proqramlarını yerləşdirir. Tələbə və məzunlar portal vasitəsilə təcrübə proqramlarına müraciət edirlər.

Müsahibələr gələcəkdə platforma üzərindən onlayn formatda da həyata keçiriləcək.

“EnterpriseAzerbaijan.com” portalı və Dövlət Məşğulluq Agentliyinin dəstəklədiyi üçüncü innovativ layihə “Bonpini” starapıdır. Dünya təcrübəsində bir çox insan yaşadığı və ya işlədiyi əmlakı digərləri ilə bölüşərək aylıq kirayə haqqına qənaət edir. “Otaq yoldaşı”, “ev yoldaşı”, “ofis yoldaşı” ifadələri yəqin ki, hamımıza tanışdır. “Bonpini” bu xidməti onlinə şəkildə göstərir. İstifadəçilərin asanlıqla özlərinə uyğun elanı seçməsi üçün bütün detallar qeyd olunur. Bu tətbiq vasitəsilə evin və ya ofisin istifadə edilməyən otağını, həmçinin 1 yataq yerini və ya 1 iş masasını kirayə verərək xərclərinə qənaət edə bilər.
Qeyd edək ki, “EnterpriseAzerbaijan.com” portalının missiyası investisiya layihələr, startaplar və aktivlər, habelə, təbii resurslar və investisiya imkanları haqqında məlumatları xarici və yerli investorlara təqdim etmək və startapların inkişafına töhfə verməkdir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?