14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA özünüməşğulluq proqramına dəstəyini davam etdirir

İndiyədək 400-ə yaxın şəxs özünüməşğulluq proqramına qoşulmaq üçün KOBİA-nın xidmətlərindən yararlanıb

Özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyindən də faydalana bilər. Bunun üçün elektron platforma və ərazi məşğulluq mərkəzləri ilə yanaşı, Bakı şəhəri və ölkənin regionlarında fəaliyyət göstərən KOB dostlarına da müraciət edilə bilər.

2019-2020-ci illərdə 400-ə yaxın vətəndaş özünüməşğulluq proqramına qoşulmaq üçün KOBİA-nın xidmətlərindən yararlanıb.

“COVID-19” pandemiyası ilə əlaqədar 2020-ci ildə özünüməşğulluq proqramı çərçivəsində təlimlərə cəlb edilmədən vətəndaşlara aktivlərin biznes plan əsasında verilməsi prosesində də KOBİA fəal iştirak edib. Belə ki, 2020-ci ildə Xaçmaz, Quba və Qusar rayonlarından olan 70-dən çox vətəndaşa biznes planların hazırlanmasında dəstək göstərilib. Həmçinin, KOBİA proqram çərçivəsində icra olunan “Sosial bağlar” layihəsində də iştirak edir: Ötən il Agentlik tərəfindən Lənkəran, Quba, Qusar, Xaçmaz və Şamaxı rayonlarından olan 40-a yaxın vətəndaşa bağların salınmasında dəstək göstərilib.

Qeyd edək ki, KOBİA özünüməşğulluq proqramına 2 istiqamətdə dəstək göstərir. Belə ki, Agentlik proqrama qoşulmaq istəyən vətəndaşların məlumatlandırılması, müvafiq sistemdə qeydiyyata alınması və məşğulluq mərkəzləri ilə əlaqələndirilməsinə köməklik göstərir, proqrama cəlb olunmuş şəxslərin təlimlərində və onlara aktivlərin verilməsində iştirak edir. Növbəti mərhələdə proqram çərçivəsində öz təsərrüfatını qurmuş şəxslərə KOBİA tərəfindən biznesin planlaşdırılması, məsləhət xidmətləri, güzəştli maliyyə resurslarına və satış bazarlarına çıxış və s. istiqamətlərdə ödənişsiz dəstək və xidmətlər təqdim olunur.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?