17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu il “OPEC+” sazişinə 103 faiz əməl olunub

OPEC və qeyri-OPEC ölkələri (“OPEC+”) neft hasilatının azaldılmasına dair öhdəliklərə cari ildə 103 faiz əməl edib.

Bu barədə “OPEC+” nazirlərinin videokonfrans formatında keçirilən 14-cü iclasında deyilib.

Nazirlər mart ayı üzrə istehsal kvotalarının aprel ayında da davam etdirilməsini təsdiqləyib, Rusiya və Qazaxıstanın istehsalı müvafiq olaraq gündəlik 130 və 20 min barrel artırmasına icazə verilib.

İclasda Müştərək Texniki Komissiya (JTC) tərəfindən hazırlanan aylıq hesabat və qlobal neft bazarındakı inkişafları nəzərdən keçirilib, OPEC və OPEC-ə üzv olmayan ölkələrin öhdəliklərə əməletmə səviyyəsindəki müsbət performans alqışlanıb.

Həmçinin Səudiyyə Ərəbistanının bu il fevralın 1-dən etibarən 2 ay ərzində qüvvədə olan neft hasilatını könüllü tənzimləməsi təşəbbüsünün əhəmiyyəti də vurğulanıb.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?