12 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nağdsız ödənişlərin inkişafı üzrə fərqlənən banklar açıqlanıb

Mərkəzi Bank (ABM) tərəfindən Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə rəqəmsal ödənişlərin genişləndirilməsi, innovativ ödəniş həllərinin tətbiqi, elektron bankçılığın inkişafı istiqamətlərində 2020-ci ildə elan edilmiş nominasiyalar üzrə nəticələr müəyyən edilib.

AMB-dən bildirilib ki, sözügedən müsabiqə çərçivəsində 5 nominasiya üzrə aşağıdakı banklar qalib olub:

“Ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bank” – “Unibank” KB ASC
“İnternet bankçılıq xidməti üzrə lider bank” – “Paşa Bank” ASC

“Mobil bankçılıq xidməti üzrə lider bank” – “Kapital Bank” ASC

“Təmassız ödənişlər üzrə lider bank" – “Paşa Bank” ASC

“Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” – “Paşa Bank” ASC.
Məlumat üçün bildiririk ki, rəqəmsal ödənişlərin artırılması istiqamətində görülən tədbirlər nəticəsində 2020-ci ilin göstəricilərinə əsasən, ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2019-cu il ilə müqayisədə 26 faiz, nağdsız hesablaşmaların həcmi isə 34 faiz artıb. Ölkədə elektron ticarət vasitəsilə aparılan əməliyyatların sayı 55 faiz, həcmi isə 22 faiz artıb. Təmassız ödənişlərin sayı və həcmi isə 2019-cu ilin göstəricilərini müvafiq olaraq 4,3 və 5,4 dəfə üstələyib.

Mərkəzi Bank qalibləri təbrik edir və bütün bankları müasir dövrümüzdə zəruriliyi daha da aktuallaşan təmassız texnologiyaların və rəqəmsal ödəniş imkanlarının artırılması, elektron bankçılığın inkişafı, bank müştərilərinin yaradılmış imkanlardan daha geniş istifadəyə cəlb edilməsi istiqamətində fəaliyyətlərində aktiv olmağa çağırır.

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi