İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 32 min 271 ipoteka krediti verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Fonddan bildiriblər ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə bu günədək 32 min 271 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 692 milyon 794,1 min manatdan çoxdur.