12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il KOBİA-nın dəstəyi ilə 7 daxili bazar araşdırması aparılıb

2020-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə mikro, kiçik və orta biznes (KOB) subyektlərinin müraciəti əsasında 7 daxili bazar araşdırması aparılıb.

KOBİA-dan bildirilib ki, 2021-ci ildə KOB-lardan daxil olan müraciətlər əsasında daxili bazar araşdırmalarının aparılmasına dövlət dəstəyinin göstərilməsi davam etdirilməklə yanaşı, agentliyin təşəbbüsü ilə də daxili bazar araşdırmaları aparılacaq. Hazırda qida, kənd təsərrüfatı, xidmət, tekstil və sair sahələr üzrə daxili bazar araşdırmalarının aparılması istiqamətində müvafiq tədbirlər görülür. Agentliyin təşəbbüsü ilə həyata keçiriləcək daxili bazar araşdırmaları KOB subyektlərinin müraciəti əsasında aparılan bazar araşdırmasından fərqli olaraq bütün sahibkarların istifadəsi üçün nəzərdə tutulur və araşdırmaların nəticələri KOB subyektlərinin istifadəsi üçün KOBİA-nın saytında (www.smb.gov.az) yerləşdiriləcək.

KOB subyektləri daxili bazar araşdırmasının aparılması üçün KOBİA-nın internet saytındakı müvafiq ərizə formasını (http://bit.ly/3keYxo9) doldurmaqla agentliyə birbaşa və ya “[email protected]” vasitəsilə elektron müraciət edə bilərlər. Ətraflı məlumat üçün: “131” Çağrı mərkəzi və (012) 404 04 01.

Qeyd edək ki, daxili bazar araşdırmalarının aparılması üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərinə 2019-cu ildən etibarən dövlət dəstəyi göstərilir və bu dəstək KOBİA tərəfindən təmin edilir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası”na uyğun olaraq, mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 faizi, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50 faizi dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilərlər. Ümumilikdə hər bir daxili bazar araşdırmasının aparılmasına görə KOB subyektlərinə ödənilən dəstək məbləği 20 min manata qədərdir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?