13 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qida təhlükəsizliyi ilə bağlı təlim təşkil olunacaq

Qida sektorunda fəaliyyət göstərən və bu sahədə yeni fəaliyyətə başlayan kiçik və orta müəssisələrin dinamikası, eləcə də kiçik və orta biznes (KOB) subyektlərinin müvafiq təlimə olan ehtiyacı nəzərə alınaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişafı Mərkəzi tərəfindən "ISO 22000: Qida təhlükəsizliyi idarəetmə sistemi"nə dair onlayn təlim keçiriləcək.

KOBİA-dan bildirilib ki, fevralın 25-də saat 15:00-da “Zoom” tətbiqi vasitəsilə təşkil olunacaq təlimdə qida sektorunda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin nümayəndələri, qida sahəsində sertifikatlaşma ilə maraqlanan şəxslər, eləcə də müvafiq sahədə çalışan dövlət və özəl qurumların əməkdaşları iştirak edə bilərlər. Təlim müvafiq sahədə geniş təcrübəyə malik olan Türkiyənin “PGM Project Inspection Engineering & Quality Control Services” şirkətinin eksperti, beynəlxalq sertifikata malik Arzu Yağcı tərəfindən aparılacaq.

Qeyd edək ki, “ISO 22000” - qida zəncirindəki təşkilatların qidanın istehlakı zamanı təhlükəsiz olmasını və qida təhlükəsizliyinə olan təhdidlərə nəzarət etməsi üçün lazımi şərtləri əhatə edən idarəetmə sistemi standartıdır. 2005-ci il sentyabrın 1-də Beynəlxalq Standart Təşkilatı (ISO) tərəfindən təsdiq olunan “ISO 22000: 2005” standartı qida təhlükəsizliyi sahəsində idarəetməyə dair ilk beynəlxalq standartdır. “ISO 22000” sertifikatı müvafiq sahədə fəaliyyət göstərən şirkətlərə bir sıra vacib üstünlüklər qazandırır. Belə ki, müvafiq sertifikat istehsalın hər mərhələsində risklərin minimuma endirilməsi, istehsal xərclərinin azalması, istehlakçıların qidadan qaynaqlanan problemlərinin qarşısının alınması, istehsal, təchizat, nəqliyyat və sair mərhələlərin iştirakçıları arasında rabitənin qurulması, daha yaxşı anbar nəzarətinin həyata keçirilməsi, resursların israfının minimuma endirilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, “ISO 22000” standartına sahib olan şirkətin beynəlxalq aləmdə rəqabəti daha asan olur, şirkətin istehsal etdiyi məhsullara inam artır.

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?