13 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qiymətli kağızların dövlət qeydiyyatına dair təlimat hazırlanıb

Mərkəzi Bank kapital bazarı sahəsində tənzimləmə və nəzarətin həyata keçirilməsi çərçivəsində qiymətli kağızlarının dövlət qeydiyyatını və qiymətli kağızların buraxılışının və emissiya prospektlərinin dövlət reyestrini aparır.
Bankdan AZƏRTAC-a bildirilib ki, qiymətli kağızların qeydiyyatına dair tələblər müxtəlif qanunvericilik aktlarını əhatə etdiyi üçün emitentlərin səhm və korporativ istiqrazların dövlət qeydiyyatına alınması məqsədilə Mərkəzi Banka təqdim etdikləri sənədlərin bir çox hallarda qanunvericiliyin tələblərinə tam uyğun tərtib olunmaması müşahidə olunur. Bu isə Mərkəzi Bank tərəfindən müraciətlərə baxılması zamanı qeydiyyat prosesinin uzanmasına və kapital bazarından maliyyələşmək istəyən emitentlərin əməliyyat çevikliyinin azalmasına səbəb olur.

Qeyd olunan çatışmazlıqların aradan qaldırılması və qiymətli kağızların qeydiyyatı prosesinin operativliyinin artırılması məqsədilə Mərkəzi Bank tərəfindən emitentlər üçün təlimat hazırlanıb. Təlimatda səhm və istiqrazların emissiyası prosedurları vahid sənəddə ümumiləşdirilib, qiymətli kağızların dövlət qeydiyyatına alınması və dövriyyədən çıxarılması ilə bağlı tələb olunan sənədlər və onların hazırlanması zamanı qanunvericiliklə müəyyən edilmiş tələblər ətraflı qeyd olunub.

Təlimat ilə Mərkəzi Bankın rəsmi internet səhifəsindən aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

https://www.cbar.az/page-473/issuers

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?