13 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan təbii qazı Avropanın bərpa olunan enerjiyə keçməsinə kömək edə bilər

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın və Mərkəzin aparıcı məsləhətçisi Şahmar Hacıyevin ABŞ-ın “The National Interest” saytında “Azərbaycan təbii qazı Avropanın bərpa olunan enerjiyə keçməsinə kömək edə bilər” başlıqlı məqaləsi dərc olunub.

Bu barədə Mərkəzdən məlumat verilib.

Müəlliflər yazıda qeyd edir ki, hazırda Avropanı narahat edən ən böyük problemlərdən biri enerji təhlükəsizliyi məsələsidir və Avropa enerji istehlakçılarının üzləşdiyi problemlərin həll yollarıdır. Bildirilir ki, təbii qaz vacib enerji mənbəyidir və Aİ-yə üzv dövlətlərinin çoxu təbii qaz idxalından asılıdırlar: “Qeyd etmək lazımdır ki, təbii qaz daha təmiz bir "keçid yanacağı" hesab edilə bilər. Belə ki, təbii qaz kömürdən daha az karbon qazı emissiyası ehtiva edir”.

Qeyd olunur ki, enerji keçid dövründə ölkələr təkcə bir neçə enerji mənbəyinə güvənə bilməz, əksinə onlar enerji təchizatı növlərini və mənbələrini şaxələndirməlidirlər. Müəlliflər vurğulayır ki, bu səbəbdən yaxın gələcəkdə Aİ-nin enerji təchizatında təbii qazın payı “Green Deal” hədəfləri sayəsində daha yüksək olacaq.

Bildirilir ki, COVID-19 pandemiyası bir çox sahələrə təsir edib və bir çox layihələrin və iqtisadi təşəbbüslərin dayanmasına baxmayaraq, Cənub Qaz Dəhlizi ilə bağlı işlərin sonadək uğurla yekunlaşdırılması əlamətdar hadisədir: “2021-ci ildə Azərbaycan Gürcüstana 1 milyard kubmetr, Türkiyəyə ən azı 8 milyard kubmetr, Avropaya isə 5 milyard kubmetrdən çox təbii qaz ixrac etməyi planlaşdırır. 2023-cü ilə qədər həm TANAP, həm də TAP tam gücü ilə istifadəyə veriləcək”.

Müəlliflər qeyd edir ki, Cənub Qaz Dəhlizi Trans-Xəzər Boru Kəməri ilə Orta Asiyadan, xüsusilə Türkmənistandan gələn digər qaz mənbələri üçün bir pəncərə açır. Dəhlizin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq, tərəfdaşlıq və siyasi iradə sayəsində mümkün olub.

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?