15 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yanvarda hər bir sakin orta hesabla 62,2 manatlıq müxtəlif ödənişli xidmətlərdən yararlanıb

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkənin rayon və şəhərləri arasında vətəndaşların səfərlərinə qoyulan məhdudiyyətlərin təsiri nəticəsində sərnişin daşınmasında müşahidə olunan ciddi azalmalar, həmçinin bir sıra xidmət sahələrinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərlə əlaqədar 2021-ci ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 25,1 faiz azalaraq 620,3 milyon manat olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 461,8 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 74,4 faizini təşkil edib. Cari ilin yanvar ayında hər bir ölkə sakini orta hesabla 62,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 20 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

2020-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu illə müqayisədə Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 36,8 faiz, Bakı şəhəri üzrə 29,6 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 27,6 faiz, Abşeron və Dağlıq Şirvan iqtisadi rayonları üzrə 27,2 faiz, Aran iqtisadi rayonu üzrə 26,5 faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 25,9 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 25,7 faiz, Lənkəran iqtisadi rayonu üzrə 25,1 faiz, Naxçıvan Muxtar Respublikası üzrə 0,5 faiz azalıb.

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?