15 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2020-ci ildə xarici ticarət dövriyyəsi 24,2 milyard dollar təşkil edib

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ildə xarici ticarət dövriyyəsi 24 milyard 201,1 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 13 milyard 470,4 milyon dollar, idxalın dəyəri 10 milyard 730,7 milyon dollar təşkil edib, nəticədə 2 milyard 739,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2019-cu illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 26,8 faiz, real ifadədə 21,9 faiz, o cümlədən idxal 36 faiz, ixrac isə 12 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 86,1 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Ukrayna, ABŞ, Hindistan, Fransa, Yunanıstan, Gürcüstan, Xorvatiya, İsrail, Birləşmiş Krallıq, İspaniya, İran, Tunis, Belarus, İsveçrə və Çexiya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Rusiyanın, 14,6 faizi Türkiyənin, 13,2 faizi Çinin, 5,9 faizi ABŞ-ın, 5,4 faizi Almaniyanın, 4,2 faizi Fransanın, 3,9 faizi Ukraynanın, 3,7 faizi İtaliyanın, hər biri 2,8 faiz olmaqla İran və Birləşmiş Krallığın, 1,8 faizi Yaponiyanın, 1,7 faizi Koreyanın, 1,4 faizi Belarusun, 1,2 faizi Hindistanın, 1,1 faizi Qazaxıstanın, 1 faizi Polşanın, hər biri 0,9 faiz olmaqla İspaniya və Niderlandın, hər biri 0,8 faiz olmaqla Türkmənistan və Vyetnamın, 13,6 faizi isə digər ölkələrin payına düşüb.
İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, az qiymətli metallar və onlardan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, bitki mənşəli məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.

İdxalın 64,4 faizini avtomobil, 19,6 faizini dəmir yolu, 11,2 faizini hava, 4,7 faizini dəniz nəqliyyatı ilə gətirilmiş, 0,1 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.
İxracın 30,4 faizini İtaliyaya, 18,9 faizini Türkiyəyə, 5,2 faizini Rusiyaya, 3,8 faizini Yunanıstana, hər biri 3,4 faiz olmaqla Xorvatiya və Gürcüstana, 3,3 faizini Hindistana, 3,2 faizini İsrailə, 3,1 faizini Çinə, 2,6 faizini Ukraynaya, 2,4 faizini İspaniyaya, 2,3 faizini Tunisə, hər biri 1,7 faiz olmaqla Portuqaliya, Almaniya və Çexiyaya, 1,6 faizini İsveçrəyə, 1,3 faizini Vyetnama, 1,2 faizini Belarusa, 1,1 faizini Birləşmiş Krallığa, 7,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. 2020-ci ildə ixracın 84,7 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilib, 9 faizini avtomobil, 3,6 faizini dəmir yolu, 2 faizini hava, 0,7 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib. İxracın strukturunda xam neft, təbii qaz, neft-qaz məhsulları, meyvə və tərəvəzlər, plastik kütlə və ondan hazırlanan məmulatlar, pambıq lifi və ipliyi, alüminium və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, bitki yağları, alkoqollu və alkoqolsuz içkilərin payı üstünlük təşkil edib.

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?