17 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlıq subyektlərində növbəti monitorinqlər keçirilib

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə nəzarət tədbirlərini davam etdirir.

Fevralın 18-də keçirilmiş monitorinqlər zamanı Nizami rayonunda Orxan Qəmərliyə məxsus mağazada, Yasamal rayonunda Tofiq Məmmədova məxsus ticarət obyektində, Maqsud Ağazadəyə məxsus stomatoloji kabinetdə, Nəsimi rayonunda “Aptek-323”də, Pərviz Bayramlıya məxsus geyim mağazasında, Leyla Qurbanovaya məxsus “Lombard”da, Xətai rayonunda Vüsal Musayevə məxsus pərakəndə ticarət obyektində, Binəqədi rayonunda “Müstəqil-V” MMC-yə məxsus mağazada, "NI Group" MMC-nin baş ofisində, Nərimanov rayonunda “Keramika aləmi” mağazasında, Eyvaz Məmmədova məxsus ticarət obyektində, Suraxanı rayonunda Orxan Əliyevə məxsus “Avtomobil ehtiyat hissələri mağazası”nda, ümumilikdə, 12 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?