18 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il manat bəzi tərəfdaş ölkələrin valyutaları ilə müqayisədə bahalaşıb

2020-ci ildə xarici mühitdə baş verən proseslərin neqativ təsirlərinə baxmayaraq, hökumətin və Mərkəzi Bankın birgə həyata keçirdikləri qabaqlayıcı tədbirlər nəticəsində valyuta bazarında stabillik qorunub.

Mərkəzi Bankın açıqladığı “Pul siyasəti icmalı”nda bildirilib ki, il ərzində valyuta bazarında əməliyyatların həcminin azalması müşahidə edilib ki, bu da pandemiya ilə əlaqədar xarici iqtisadi əməliyyatların həcminin azalması ilə bağlı olub.

2020-ci ildə nağdsız valyuta bazarında aparılan əməliyyatların həcmi 2019-cu ilə nəzərən 6,7 faiz azalaraq 25,9 milyard ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 86,5 faizi ABŞ dollarında, 13,5 faizi isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 34,7 faizi banklararası valyuta bazarında, 65,3 faizi isə bankdaxili valyuta bazarında həyata keçirilib.

Banklar tərəfindən nağd xarici valyutanın alğı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 2019-cu ilə nəzərən 13,3 faiz azalaraq 5,2 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 4,5 milyardını ABŞ dolları ilə aparılan əməliyyatlar təşkil edib. Nağd xarici valyuta alğı-satqısı əməliyyatları əsasən birinci rübə təsadüf edib.

İl ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1,7 manat təşkil edib. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub.

İl ərzində manatın məzənnəsi türk lirəsi, qazax tengesi, rus rublu, ukrayna qrivnası və gürcü larisi elə müqayisədə yüksəlib.

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?