19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pandemiyanın şokları ötən il ərzində effektiv idarə olunub

Mərkəzi Bank 2020-ci il üçün pul siyasəti icmalını açıqlayıb. Sənəddə bildirilir ki, əsasən qlobal pandemiya elan edilən COVID-19 virusu ilə mübarizə şəraitində keçmiş, ölkə iqtisadiyyatının presedenti olmayan şoklar kombinasiyasına məruz qaldığı keçən il Mərkəzi Bankın hökumətlə əlaqələndirilmiş şəkildə gördüyü tədbirlər nəticəsində ölkədə makroiqtisadi sabitlik, o cümlədən qiymət sabitliyi təmin edilib:
“Mürəkkəb mühitdə 2020-ci ildə pul siyasəti qərarları pandemiya şəraitində makroiqtisadi sabitliyə xarici və daxili mühitdən gələn təhdidlərin neytrallaşdırılmasına və inflyasiyanı hədəf çərçivəsində saxlamaqla məcmu tələbin kəskin enişinin qarşısının alınmasına xidmət edib. İl ərzində faktiki inflyasiya hədəf (4±2%) çərçivəsində hərəkət edib, valyuta bazarında tarazlıq qorunub.

Monetar şəraitin həm pulun dəyəri, həm də pulun kəmiyyəti hesabına yumşaldılması 2020-ci ildə də davam etdirilib”.

İcmalda qeyd olunub ki, 2020-ci ildə pandemiyanın təsiri ilə məcmu təklif və tələb aşağı düşüb, nəticədə iqtisadi aktivlik azalıb. Əhalinin və biznesin dəstəklənməsi istiqamətində həyata keçirilən antiböhran tədbirləri, monetar şəraitin yumşaldılması və makroprudensial güzəştlər iqtisadi aktivliyin azalmasının qarşısını alıb, iqtisadi subyektlərin gəlirlərindəki itkiləri qismən kompensasiya etməyə imkan verib.

Ümumilikdə, pandemiya ilə əlaqədar ictimai həyatın və iqtisadi fəaliyyətin bütün sferalarına güclü təsir göstərən şoklar il ərzində effektiv idarə olunub. Həyata keçirilən antiböhran tədbirləri pandemiyanın neqativ təsirlərini minimallaşdırmağa imkan verib, ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?