13 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işləri Azərbaycanın regiondakı mövqeyinin güclənməsinə imkan verəcək

Vətən müharibəsində qazandığımız Zəfər Azərbaycanın regional mövqeyini, eləcə də strateji əhəmiyyətini daha da artırmaqla yanaşı, ölkəmiz üçün yeni bir mərhələnin başlanğıcı oldu.

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Azərbaycan artıq quruculuq və bərpa mərhələsinə qədəm qoyur. Bu, eləcə də Azərbaycan iqtisadiyyatının bütövləşmə və iqtisadi inkişafdakı dayanıqlığın uzunmüddətli dövr üçün qorunub saxlanması anlamına gəlir.

İşğaldan azad edilmiş ərazilərimizdə xeyli sayda və region üçün əhəmiyyətli olan infrastruktur və investisiya layihələrinin reallaşması ondan xəbər verir ki, Azərbaycan özünün nəqliyyat və logistik imkanlarından istifadə etməklə regional haba çevrilməkdədir. Yeni təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xətti regionda nəqliyyat və logistik xidmətlərin inkişafı baxımından vacib hesab olunur. Uzunluğu 100 kilometr olacaq dəmir yol xətti vətəndaşların bərpa və yenidənqurmadan sonra işğaldan azad edilmiş ərazilərimizdə gediş-gəlişinin təmin olunmasına, alternativ nəqliyyat xidmətlərinin təklif olunmasına imkan verəcək. Eyni zamanda, dəmir yolu qərb bölgələrinin Naxçıvan ilə artıq formalaşmaqda olan dəhlizin istifadəyə verilməsi baxımından əhəmiyyətlidir. Nəzərə alsaq ki, dəhliz “Şərq-Qərb” nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Bu isə ondan xəbər verir ki, bu, həm ölkədaxili, həm Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin, həm də sərnişinlərin sayının artmasına imkan verəcək. Azərbaycan üçün beynəlxalq yükdaşımalar növbəti mərhələdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biridir. İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun formalaşması Azərbaycanın beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə edəcəyi anlamına gəlir.

Naxçıvan ilə dəhlizin açılması, dəmir yolu şəbəkəsinin inteqrasiyası iş adamlarının istehsal etdikləri məhsulları Naxçıvan bazarına, oradan isə Türkiyə və Avropa bazarlarına çıxara bilmələrinə şərait yaradacaq. Bu, həm də qərbdən-şərqə, şərqdən-qərbə Azərbaycan üzərindən yüklərin daşınmasına imkan verəcək. Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildikdən sonra yeni dəhlizin formalaşması mövcud infrastruktur baxımından ölkəmizin regional mövqeyini gücləndirir. Növbəti mərhələdə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq işləri məşğulluğun təmini, iqtisadi inkişafın böyüməsi və Azərbaycanın regiondakı mövqeyinin daha da güclənməsinə imkan verəcək.

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?