15 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Son üç ildə əmək müqavilələri 30 faiz, minimum əməkhaqqı 116 faiz, aylıq əməkhaqqı fondu 81 faiz artıb

Ölkəmizdə məşğulluq imkanlarının artırılması və əmək münasibətlərinin leqallaşdırılması istiqamətində aparılan işlər son üç ildə əmək müqavilələrinin sayının 30 faiz artması ilə nəticələnib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, əmək müqavilələrin sayı 2018-ci ilin əvvəli ilə müqayisədə 393 min artaraq 2021-ci il 1 yanvar tarixə 1 milyon 703 min 249-a çatıb. Özəl sektor üzrə əmək müqaviləsi artımı 63 faiz, dövlət sektoru üzrə 10 faiz təşkil edib. Təkcə 2020-ci ildə əmək müqavilələrinin sayında 149 min və ya 10 faiz artım qeydə alınıb.

Son üç ildə minimum əməkhaqqı 2 dəfədən çox artaraq 250 manata, median əməkhaqqı 66 faiz (o cümlədən dövlət sektoru üzrə 85 faiz, özəl sektor üzrə 36 faiz) artaraq 343 manata çatıb.

Əmək müqavilələrinin sayında və əməkhaqlarında mütəmadi artım əməkhaqqı fondunda da ciddi artımı şərtləndirib. 2018-2020-ci illərdə aylıq əməkhaqqı fondu 81 faiz artıb. Artım özəl sektorda 87 faiz, dövlət sektorunda 76 faiz olub. O cümlədən 2020-ci ildə aylıq əməkhaqqı fondu 12 faiz (o cümlədən özəl sektor üzrə 18 faiz, dövlət sektoru üzrə 6 faiz) artıb.

Bu dövrdə Dövlət Məşğulluq Agentliyi tərəfindən işlə təmin olunanların sayı 107 faiz artaraq 2020-ci ildə 94 minə, o cümlədən ödənişli ictimai işlərlə təmin olunanların sayı 55 dəfəyə yaxın artaraq 48 minə çatıb.

Özünüməşğulluq proqramı ilə əhatə olunanların sayı isə son üç ildə 11 dəfə artırılıb və 2020-ci ildə 12600 nəfər bu proqrama cəlb olunub.

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?