23 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlar üçün onlayn seminar təşkil edilib

Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə sahibkarlar üçün onlayn seminar keçirilib.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, seminarda ASK-nın vitse-prezidenti Vüqar Zeynalov təmsil etdiyi qurum ilə Gömrük Komitəsi arasında ikitərəfli əməkdaşlıq komissiyasının fəaliyyəti çərçivəsində kifayət qədər məhsuldar görüşlərin keçirildiyini və səmərəli müzakirələrin aparıldığını bildirib. O, pandemiya dövründə gömrük əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirib, yaranan mürəkkəb şəraitə baxmayaraq, gömrük rəsmiləşdirilməsi tədbirlərinin sürətlə həyata keçirildiyini, malların sahiblərinə vaxtında təhvil verilməsi üçün bütün zəruri addımların atıldığını vurğulayıb.

Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş idarəsinin rəisi Səməd Qaralov gömrük sistemində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların gömrük-biznes münasibətlərinin inkişafına münbit şərait yaratdığını diqqətə çatdırıb. İslahatların uğurla reallaşdırılması məqsədilə Gömrük Komitəsi tərəfindən ticarətin asanlaşdırılması, gömrük-biznes münasibtlərinin etibarlı tərəfdaşlıq müstəvisində inkişafı üçün mühüm addımlar atıldığını qeyd edən idarə rəisi bu istiqamətdə həyata keçirilən layihələrdən və yeniliklərdən danışıb.

Daha sonra komitənin əməkdaşları “Yaşıl dəhliz” buraxılış sistemi, birbaşa gömrük təmsilçiliyi, əqli mülkiyyət, gömrük ödənişləri mövzusunda təqdimatlarla çıxış ediblər.

Onlayn seminarda sahibkarlıq subyektlərinin 60-dan çox nümayəndəsi iştirak edib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?