18 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlıq subyektlərində zəruri qayda və tələblərə əməl edilməməsi halları aşkarlanıb

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirləri davam edir.

Nazirlikdən bildirilib ki, fevralın 11-də keçirilmiş monitorinqlər zamanı Nizami rayonunda “Sidre mebel” mağazasında, Binəqədi rayonunda "Vimay-med tibb mərkəzi”ndə, “Nursel ticarət” mağazasında, Oqtay Kərimova məxsus meyvə-tərəvəz mağazasında, Qaradağ rayonunda Amil Şəmiyevə məxsus ərzaq mağazasında, Nicat Niyazova məxsus pərakəndə ticarət obyektində, Nəsimi rayonunda Hümət Tağızadəyə məxsus ticarət obyektində, Xəzər rayonunda "Ülvi inşaat” mağazasında, Səbail rayonunda Elşən Səfərova məxsus ticarət obyektində, Nərimanov rayonunda “Jasmin market”də, "A.E.S.-Trading" MMC-yə məxsus mağazada, Xətai rayonunda “Ramzes geyim mağazası”nda, Yasamal rayonunda “FLO” mağazasında, “Macrobiosis Antiage and Esthetic Center”də, Musa Quliyevə məxsus ticarət obyektində, ümumilikdə 15 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?